Fikir mübadiləsi aparılıb
Bu gün AFFA-nın Məşqçilər Komitəsinin üzvləri görüş keçiriblər.
Sportal.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Komitə üzvləri “Sumqayıt” PFK-nın prezidenti Kamran Quliyev və baş məşqçisi Aqil Məmmədov, “Ağsu” klubunun icraçı direktoru Rəşad Kərimov və baş məşqçisi Rüfət Quliyev, həmçinin AFFA-nın Texniki direktoru Bernhard Lippertlə görüşüb, fikir mübadiləsi aparıblar.