Matri yenidən Turin klubunda
İtaliyanın "Yuventus" klubu növbəti transferini reallaşdırıb.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Alessandro Matri bu mövsümün sonuna qədər icarə əsasında Turin təmsilçisində çıxış edəcək.
Qeyd edək ki, 30 yaşlı hücumçu müqavilə ilə "Milan"a məxsusdur və bu mövsümün ilk yarısını "Genoa"da oynayıb.
Xatırladaq ki, italiyalı forvard 2011-2013-ci illərdə "Yuventus"un şərəfini qoruyub.
saytlarin hazirlanmasi