"Ağayev səviyyəli qapıçıdır"
Türkiyənin "Kayserispor" klubunun mətbuat xidmətinin rəhbəri Rıfat Pehlivan Azərbaycan yığmasının qapıçısı Kamran Ağayevi transfer etmələrinə münasibət bildirib.
Sportal.az xəbər verir ki, o,qardaş ölkə mətbuatına açıqlamasında bunları söyləyib:
"Ağayev səviyyəli qapıçıdır. Bu transferin həm kluba, həm də futbolçuya xeyirli olmasını diləyirəm. Kamranla 2,5 illik müqavilə imzaladıq. O, tibbi müayinədən sonra komanda ilə məşqlərə başlayıb. Ağayev ölkəsinin milli komandasında çoxlu oyunda meydana çıxıb. Təcrübəli bir qapıçıdır. "Kayserispor"un qapısı Serdar Kulbilgə, Kayacan Ərdoğan və Ağayevlə əmin əllərdədir".
saytlarin hazirlanmasi