Braziliyalının yeni komandası məlum olub
"Xəzər Lənkəran"ın sabiq futbolçusu Fernando Qabriel özünə yeni klub tapıb.
Sportal.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi bundan sonra karyerasını İran çempionatında davam etdirəcək. Fernando qonşu ölkənin "Persepolis" klubu ilə müqavilə imzalayıb.
Qeyd edək ki, 26 yaşlı futbolçu bu mövsümün əvvəlindən cənub klubunda çıxış etsə də, qış fasiləsində komandadan ayrılmışdı.
saytlarin hazirlanmasi