Baş katibdən açıqlama
"AFFA rəhbərliyi "Bakı"nın problemlərinin həll olunması üçün əlindən gələni edir".
Sportal.az xəbər verir ki, bunu AFFA-nın baş katibi Elxan Məmmədov deyib.
E.Məmmədov qeyd edib ki, AFFA prezidenti Rövnəq Abdullayev də klubun problemlərinin həll olunmasının tərəfdarıdır:
"Biz "Bakı"nın tezliklə çətin vəziyyətdən çıxmasının tərəfdarıyıq. Keçən dəfə İcraiyyə Komitəsinin iclasında Hafiz Məmmədovla da bu haqda söhbətimiz oldu. O da tezliklə bütün problemlərin həll olunacağını qeyd etdi. Rövnəq Abdullayev göstəriş verib ki, "Bakı"nın problemləri həll olunsun. Amma bizim də əlimiz çatmayan yerlər var". (futbolxeber.az)
saytlarin hazirlanmasi