Klublar Komitəsi "Hilton" otelində

19:30 - 3 Fevral 2015

Komitənin növbəti iclası baş tutdu
 
Bu gün “Hilton” otelində AFFA-nın Klublar Komitəsinin növbəti iclası keçirilib.
 
Sportal.az AFFA-nın saytına istinadən xəbər verir ki, Azərbaycan Premyer Liqasında çıxış edən bütün klubların nümayəndəsinin iştirak etdiyi iclasda bir sıra məsələlər ətraflı müzakirə edilib.
 
Klublar Komitəsinin üzvlərinin dəvətinə uyğun olaraq, ayrı-ayrı məsələlərin müzakirəsi ilə bağlı AFFA-nın baş katibi Elxan Məmmədov, Oyunçuların Statusu və Transferi Komitəsinin sədri Rəmiş Malıyev və Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov iclasda iştirak edib, Klublar Komitəsinin üzvlərinin müvafiq suallarını cavablandırıblar.

Xəbər xətti