"Xəzər Lənkəran" "İnter" üçün başladı

00:30 - 4 Fevral 2015

Zədəlilərdən şad xəbər
 
"Xəzər Lənkəran" hazırlıqlarını bərpa edib.
 
Sportal.az хəbər verir ki, Premyer Liqanın XIX turunda "Simurq"a uduzan (0:2) "ağ-yaşıllar" bu gün yeni həftədə ilk məşqinə çıxıb. Hazırlıq prosesi saat 16.00-da başlayıb. Zədəlilərdən ikisi- Rasim Ramaldanov və İlqar Ələkbərov komanda ilə məşqlərə başlayıb.
 
Qeyd edək ki, "Xəzər Lənkəran" XX turda "İnter"i qəbul edəcək. Oyun fevralın 7-də Lənkəranda keçiriləcək.

Xəbər xətti