Emin Ağayev "Volqa"da
Azərbaycan millisinin sabiq müdafiəçisi Emin Ağayev Rusiyanın "Volqa" klubunun baş məşqçisi təyin olunub.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda 41 yaşlı mütəxəssislə iki illik müqavilə imzalayıb.
Məşqçilik karyerasına "Anji"də Hacı Hacıyevin köməkçisi kimi başlayan E.Ağayev daha sonra Dağıstanın "Daqdizel" klubunda baş məşqçilik edib.
Qeyd edək ki, Rusiya II divizionun Qərb zonasında çıxış edən "Volqa" qış fasiləsinə 15 komanda arasında 12-ci pillədə yollanıb.
saytlarin hazirlanmasi