Futbolçudan açıqlama
"Bilirsiniz, mən münaqişələrdən uzaq insanam. Hər iki ölkə arasında problemlərin olduğunu bilirəm, amma tezliklə bunların həll olunmasını arzulayıram. Həm Azərbaycan xalqına, həm də erməni xalqına böyük hörmətim var. Mən sadəcə futbolumu oynamaq istəyirəm"
Sportal.az xəbər verir ki, bunu Ermənistan "Uliss"inə keçən Azərbaycanın gənclərdən ibarət yığmasının sabiq futbolçusu Şamil Qurbanov söyləyib. 22 yaşlı futbolçu hələ keçidin rəsmiləşmədiyini deyib:
"Hələ ki, keçidim rəsmiləşməyib. Dəqiq qərar verməmişəm. Bundan başqa bir-iki təklif də var, bu işlərlə menecerim məşğul olur. Başqa komandaya da keçə bilərəm".
Rusiya "Volqası"nın yetirməsi olan Qurbanov Ermənistanda onun keçidinin xoş qarşılanmamasına da münasibət bildirdi: "Onlar elə bilirdilər ki, mən azərbaycanlıyam, lakin sonradan məlum oldu ki, mən azərbaycanlı deyiləm və sizin ölkəyə hər hansı bir bağlılığım yoxdur. Mən sadəcə təklif əsasında Azərbaycanın gənclər millisində forma geymişəm. Əlbəttə ki, haqqımda mənfi düşünənlərdə tapılacaq, amma mən onlara bunu yasaqlaya bilmərəm".
Şamil Qurbanov hazırda toplanışda olduğu komandası haqda da məlumat verdi: "Çox yaxşı komandadı. Burda yerli və legioner futbolçulardan ibarət mehriban mühit formalaşıb. Məni də çox yaxşı qarşıladılar. İndi də onlarla birgə toplanışdayam.
saytlarin hazirlanmasi