"Xəzər Lənkəran" bu gün son məşqinə çıxacaq

00:45 - 6 Fevral 2015

XX turun hazırlığı

 

Premyer Liqanın XX turunda doğma meydanda "İnter”i qəbul edəcək "Xəzər Lənkəran” ümumi hazılığını yekunlaşdırıb.

 

Sportal.az 12cioyuncu.az-a istinadən xəbər verir ki, komanda dünən stadionun əsas meydançasında məşqə çıxıb. Bir saatdan çox sürən hazırlıq prossesi bütövlüklə taktiki çalışmalardan ibarət olub. Məşqin qalan hissəsində isə komanda üzvləri müəyyən cizgilər üzərində düzülərək kollektiv şəkildə müdafiədən sürətlə hücuma keçmək və eyni qaydada da geri çəkilmək üzərinə qurulan hazırlıqla məşğul olublar.

 

Qeyd edək ki, "Xəzər Lənkəran” bu məşqlə ümumi hazırlığını bitirərək oyunöncəsi son məşqdə qədər özünün baza-otelində istirahətə çəkilib.

Xəbər xətti