"Xəzər Lənkəran" rəhbərliyindən futbolçulara dəstək

12:28 - 6 Fevral 2015

Komanda "İnter" üzərində qələbəyə mükafat alacaq
 
"İnter"lə oyun öncəsi "Xəzər Lənkəran" rəhbərliyindən futbolçularına dəstək gəlib.
 
Sportal.az xəbər verir ki, rəhbərlik məğlubiyyətə baxmayaraq gənc futbolçuların Zaqatalada "Simurq"a qarşı ortaya qoyduğu əzmkar oyunu dəstəkləyib.
 
Eyni zamanda "İnter"lə oyunda da onlara inamlarını ifadə edib. Əldə etdiyimiz başqa bir məlumata görə isə "Xəzər Lənkəran" rəhbərliyi "İnter" üzərindəki qələbəyə görə futbolçulara mükafat da vəd edib. Mükafatın məbləği açıqlanmasa da məbləğin heç də az olmadığı deyillir.

Xəbər xətti