Azərbaycan çempionatı
“Zirvə” İdman Klubunun cüdoçuları uğur qazanmaqda davam edirlər. Xüsusulə də qızların nəticələrini fərqləndirmək lazımdır.
Sportal.az "Zirvə" idman klubunun rəsmi saytına istinadən xəbər verir ki, 4-5 fevral tarixlərində Şağan Olimpiya Kompleksində gənclər – yaşı 21-ə qədər olan idmançılar arasında Azərbaycan çempionatı keçirilib. Yarışda “İsmayıllı-Zirvə” Cüdo Klubunun üzvləri iştirak edərək evə medalla dönüblər.
Hacıyeva Sinə 70 kq çəki dərəcəsində bürünc medal qazanıb. Həsənli Günela isə 78 kq çəki dərəcəsində bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.