"Sumqayıt"ın prezidenti "Bakı"nın oyununda

16:15 - 8 Fevral 2015

Kamran Quliyev Respublika stadionunda
 
Dünən Azərbaycan Premyer Liqasının 20-ci turunda Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan "Qarabağ" - "Bakı" matçını "Sumqayıt"ın prezidenti Kamran Quliyev də izləyib.
 
Sportal.az xəbər verir ki, "Sumqayıt" növbəti turda səfərdə "Bakı" ilə qarşılaşacaq. Görünür "Sumqayıt"ın prezidenti rəqibi iş başında izləməyə qərar verib.

Xəbər xətti