AZAL-ın sabiq futbolçusu İrlandiya klubunda

20:15 - 9 Fevral 2015

Con Oluremi "Şemrok Rovers"da
 
AZAL-ın sabiq futbolçusu Con Oluremi karyerasını İrlandiyada davam etdirə bilər. 
 
Sportal.az "goal.com"a istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi hazırda "Şemrok Rovers" klubunda baxışdadı. 
 
Futbolçu artıq komanda ilə birlikdə bir neçə yoxlama matçında meydanda olub. Con Olureminin yaxın günlərdə yeni klubu ilə müqavilə imzalayacağı ehtimal olunur.
 
Qeyd edək ki, ötən mövsümün sonu AZAL-dan ayrılan yarımmüdafiəçi Mərakeşin "MAS Fes" klubuna transfer olunsa da, 2014-cü ilin sonlarında klubdan ayrılıb.

Xəbər xətti