Hücumçu Premyer Liqada?
"İnter"in argentinalı gənc hücumçusu Mauro İkardi karyerasını İngiltərədə davam etdirə bilər.
Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, "Mançester Yunayted"in skautları İtaliya A seriyasının son turu çərçivəsində keçirilən "İnter" - "Palermo" (3:0) matçında İkardinin oyununu izləyiblər. Bu görüşdə dubla imza atan İkardinin mövsümün sonunda "qırmızı şeytanlar"a keçəcəyi gözlənilir.
Qeyd edək ki, 2018-ci ilə qədər "İnter"lə müqaviləsi olan 21 yaşlı hücumçu bu mövsüm çıxdığı 22 matçda 13 qol və 2 asistlə yadda qalıb.
saytlarin hazirlanmasi