"Xəzər Lənkəran" "böyük oyun"a hazırdı

19:10 - 10 Fevral 2015

Cənub təmsilçisi son məşqinə çıxdı
 
Azərbaycan Premyer Liqasının 21-ci turunda sabah səfərdə "Neftçi" ilə qarşılaşacaq "Xəzər Lənkəran" bu gün matçın keçiriləcəyi "Bakcell Arena"da oyunöncəsi son məşqinə çıxıb.
 
Sportal.az xəbər verir ki, Lənkəran klubu məşq prosesində fiziki hazırlıqla yanaşı, toplu çalışmalara da üstünlük verib. 45 dəqiqə davam edən məşqin sonunda futbolçular ikitərəfli oyunla məşqi yekunlaşdırıb.

Xəbər xətti