AZAL liderlə oyuna itkilərlə hazırlaşdı

01:00 - 11 Fevral 2015

“Yaşıllar” “qırmızılar”ı məğlub edib

 

AZAL Topaz Premyer Liqasının 21-ci turunda “Qarabağ”ı qəbul edəcək.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "təyyarəçilər" artıq oyuna hazırlığı başa vurub və matç saatını gözləyirlər. 


Ötən gün baş tutan məşqdə zədəli futbolçular – Eduardo və Luis Ramos, eləcə də özünü narhat hiss edən Kamal Bayramov iştirak etməyib. Əvəzində cəzalı durumda olan Viktor İbekoyi komanda ilə birgə çalışıb. Əsasən toplu çalışmaların üstünlük təşkil etdiyi məşq ikitərəfli oyunla yekunlaşıb. “Yaşıllar” “qırmızılar”ı məğlub edib. 


Qeyd edək ki, AZAL – “Qarabağ” oyunu bu gün saat 15:00-da start götürəcək.

Xəbər xətti