Sanko məşqlərə qoşulub
Bu gün Premyer Liqanın 21-ci turunda "Xəzər Lənkəran" səfərdə əzəli rəqibi "Neftçi"nin qonağı olacaq.
Sportal.az-ın əldə etdiyi məlumata görə, "İnter"lə oyunda zədələnən və oyunu yarımçıq tərk edən Alfred Sanko bu gün meydanda ola bilər. Klubdan bir neçə gün əvvəl verilən məlumata görə, böük ehtimalla yarımmüdafiəçi bu younu buraxacaq. Lakin Sanko dünən məşqin ortalarından etibarən komanda ilə məşqə qoşulub. Onun bu gün ilk "18-lik"də olması dəqiqdir, start heyətdə meydana çıxıb-çıxmaması isə baş məşqşinin qərarıdır.
saytlarin hazirlanmasi