"Bu da bizim təcrübəsizliyimizdən asılıdır"
Premyer Liqanın XXI turunda "Neftçi”nin qonağı olan "Xəzər Lənkəran” 2-0 hesabı ilə məğlub oldu.
Sportal.az xəbər verir ki, "Xəzər Lənkəran"ın kapitanı Rahid Əmirquliyev oyunu belə şərh edib:
"Yeganə problemimiz əlimizə düşən imkanlardan maksimium istifadə edə bilməməyimizdir. Bu da bizim təcrübəsizliyimizdən asılıdır. Bəzi problemlərimiz var , bunların üzərində çox işləməliyik. İlk hissəyə yaxşı başlasaq da, ikinci hissədə həmin oyunu nümayiş etdirə bilmədik. Komanda bir neçə oyundur ki, qol buraxdıqdan sonra ruhdan düşür. Çempionatımızın səviyyəsi çox aşağı düşüb. Bunun səbəbi isə "Xəzər Lənkəran" və "Bakı" klubunun gəncləşdirmə siyasəti aparması ilə əlaqədardır. Komandada heç bir maliyyə problemi yoxdur. Gənclərə nə vaxtsa şans verilməli idi. Məncə gəncləşdirmə siyasəti buna görə atılan bir addımdır. "
saytlarin hazirlanmasi