Millimizin məşqçisi Antalyaya yollandı

11:32 - 12 Fevral 2015

Məşqçlər UEFA-nın seminarında
 
Fevralın 8-də etibarən Türkiyənin Antalya şəhərində Rusiya Futbol İttifaqının təşkilatçılığı ilə qapıçı məqşçiləri üçün UEFA seminarı başlayıb.
 
Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının qapıçılar üzrə məşqçisi Faiq Əzizov, Azərbaycan yığma komandalarının qapıçı məşqçiləri üzrə koordinatoru Viktor Miqel Fernandes və köməkçisi Ramiz Kərimov seminarda iştirak edir. 

Məşğələlər İrlandiya, Estoniya, Norveç və Hollandiyadan olan mütəxəssislər tərəfindən keçirilir. Bu gün başa çatacaq seminara Azərbaycanla yanaşı Belarus, Qazaxıstan, Latviya, Moldova, Ukrayna, Rusiya və Ermənistanı təmsil edən qapıçı məşqçiləri qatılıblar.

Xəbər xətti