Komandanı tərk edəcək
"Qalatasaray"ın makedoniyalı hücumçusu Qoran Pandev karyerasını yenidən İtaliyada davam etdirəcək.
Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, 31 yaşlı futbolçu mövsümün sonunda komandanı tərk edərək "Cenoa" ilə müqavilə imzalayacaq. Tərəflər arasında ilkin razılıq da əldə olunub.
Qeyd edək ki, "Qalatasaray"da 2.4 milyon avro qazanan Pandev italyan klubunda ilinə 1.3 milyon avro alacaq.
saytlarin hazirlanmasi