Eddi İsrafilovun sabiq komanda yoldaşı Premyer Liqada oynaya bilər

15:20 - 12 Fevral 2015

Yarımmüdafiəçi komandanı tərk edir

 

"Porto"nun əlcazairli yarımmüdafiəçisi Yasin Brahimi karyerasını İngiltərədə davam etdirə bilər.

 

Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, 25 yaşlı futbolçu ilə "Mançester Siti" klubu yaxından maraqlanır və cari mövsümün sonunda müqavilənin imzalanacağı iddia edilir.

 

Qeyd edək ki, Brahimi 2012-2014-cü illərdə millimizin də şərəfini qoruyan Eddi İsrafilovun çıxış etdiyi "Qranada"nın formasını geyinib.

Xəbər xətti