"Bavariya" yarımmüdafiəçini almaq niyyətində deyil
"Real"ın 27 yaşlı yarımmüdafiəçisi Sami Xediranın mövsümün sonunda komandanı tərk edəcəyi ilə bağlı yayılan söz-söhbətlər səngimək bilmir.
Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, "Bavariya"ya keçəcəyi iddia edilən futbolçunu baş məşqçi Pep Qvardiola komandada görmək niyyətində deyil.
Qeyd edək ki, bu mövsüm "Real"la olan müqaviləsi sona çatan Xedira ilə həmçinin "Şalke", "Volfsburq" və Dortmund "Borussiya"sı da yaxından maraqlanır.
saytlarin hazirlanmasi