Ramin Musayev Klublar Komitəsinin iclasında iştirak etdi

20:10 - 13 Fevral 2015

Klublar Komitəsinin 4-cü iclası keçirildi
 
Bu gün “Hilton” otelində AFFA-nın Klublar Komitəsinin növbəti iclası keçirilib.
 
Sportal.az AFFA-nın saytına istinadən xəbər verir ki, Azərbaycan Premyer Liqasında çıxış edən bütün klubların nümayəndəsinin iştirak etdiyi iclasda ölkə futbolunun həlli vacib problemləri ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.
 
Klublar Komitəsinin üzvlərinin dəvətinə uyğun olaraq, ayrı-ayrı məsələlərin müzakirəsi ilə bağlı AFFA-nın baş katibi Elxan Məmmədov və Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev iclasda iştirak edib, Klublar Komitəsinin üzvlərinin müvafiq suallarını cavablandırıblar.

Xəbər xətti