Qurbanov bu matçı buraxmalı olacaq
Bu gün Premyer Liqanın 22-ci turunda AZAL səfərdə "Sumqayıt"ın qonağı olacaq.
Sportal.az-ın əldə etdiyi məlumata görə, "təyyarəçilər" bu matç öncəsi ciddi itki ilə üzləşib. Belə ki, komandanın yeni transferi Nicat Qurbanov zədəlidir. Onun bu matç da iştirak etməyəcəyi dəqiqləşib. Bu informasiyanı komandanın baş məşqçisi Tərlan Əhmədov da saytımıza açıqlamasında da təsdiq edib.
saytlarin hazirlanmasi