Sadıqlı fərdi məşqlə kifayətləndi
Premyer Liqanın XXIII turunda səfərdə “Qəbələ” klubu ilə qarşılaşacaq “Xəzər Lənkəran” doğma şəhərdə hazırlıqlarını davam etdirir.
Sportal.az xəbər verir ki, komanda fevralın 15-də saat 16:00-da stadionun ehtiyat meydançasında məşqə çıxıb. Zədədən qayıdan Alfred Sankou artıq tam sağalaraq komanda ilə birgə hazırlıq prossesində iştirak edib. Orxan Sadıqlı isə hələ də fərdi məşqlərlə kifayətlənib. Gənc qapıçı Covanni Melkiorenin verdiyi tapşırıqlar üzərində çalışdığı zaman, Elbrus Məmmədovun başçılığında komanda tam heyətlə taktiki məşq keçib.
saytlarin hazirlanmasi