"Xəzər Adaları" bu gün növbəti matçına çıxacaq

11:27 - 17 Fevral 2015

İkinci yoxlama matçı

 

Xəbər verdiyimiz kimi "Xəzər Adaları" futzal klubu Qazaxıstanın "Kayrat" klubunun dəvəti ilə bir neçə gün öncə Qazaxıstana səfərə yollanıb. 

 

Sportal.az xəbər verir ki, ilk yoxlama matçında qazaxlara 3:5 hesabı ilə məğlub olan "Xəzər Adaları" bu gün eyniadlı komanda ilə növbəti matçına çıxacaq. Görüş Bakı vaxtı ilə saat 15:30-da start götürəcək.

 

Qeyd edək ki, "Xəzər Adalar"ı sabah səhər saatlarında Bakıya qayıdacaq.

Xəbər xətti