Şok qərar
İspaniyanın "El Confidencial" qəzeti, "Real" "Madridin prezidenti Florentino Perezin portuqaliyalı ulduzu mövsüm sonunda satma qərarı verdiyini iddiya edir.
Sportal.az xəbər verir ki,qəzetə danışan adının açıqlanmasını istəməyən "Real Madrid"li bir idarəçi, "Prezident gözünü açdı. Keçən həftə Kriştiano Ronaldonun ad günü partisi verməsi səbrini daşdırıb. Ronaldonun yaşı irəliləyir və onu ən yüksək dəyərdəykənn satma qərarı aldı" deyə danışdı.
Qəzet,Florentino Peresin daha əvvəl komandaya gətirdiyi Luiş Fiqo, Zinəddin Zidan və Devid Bekhemdən pul qazanamadığını xatırlatıb.
"El Confidencial", Peresin Kriştiano Ronaldo mövzusunda eyni səhvə yol verməmək qərarına gəldiyini və oyunçunu transfer etmək istəyən "Mançester Yunayted"in təklifini dəyərləndirəcəyini qeyd etib.
"Real Madrid" sədrinin "Mançester Yunayted" ilə müqaviləni uzatmağı rədd edən ispan qapıçı Devid De Xeanın da Kriştiano Ronaldo transferində istəyəcəyi bildirilir.
saytlarin hazirlanmasi