"Neftçi" azarkeşlərinə görə cərimələndi

14:00 - 17 Fevral 2015

İntizam Komitəsinin iclası keçirilib
 
İntizam Komitəsinin iclası keçirilib
 
Sportal.az xəbər verir ki, İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olunub. 
 
Topaz Premyer Liqasının XXII turunun “Qəbələ” – “Neftçi” matçında “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).
 
Oyunun 52-ci dəqiqəsində “Neftçi” klubunun azarkeşləri tərəfindən  pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 1000 manat cərimə olunur (maddə 52).
 
Əvəzedici heyətlərin XXII turunun “Sumqayıt”  – AZAL matçında “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).
 
Oyunun 10-cu dəqiqəsində AZAL klubunun 41 №-li futbolçusu Elvin Əlizadə kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır klub 1000 manat cərimə olunur (maddə 37.1).

Xəbər xətti