Daha bir sabiq "Xəzər Lənkəran"lı özünə yeni komanda tapdı

00:44 - 18 Fevral 2015

Elias "Pirasikaba"da
 
"Xəzər Lənkəran"ın sabiq futbolçusu Elias Ribeyro özünə yeni klub tapıb.
 
Sportal.az xəbər verir ki, 31 yaşlı futbolçu bundan sonra "Pirasikaba" komandasının uğurları üçün çalışacaq.
 
Qeyd edək ki, bu komandanı Roke Junior çalışdırır. O, vaxtilə Braziliya yığmasının və İtaliyanın "Milan" klubunun heyətində çıxış edib.
 
Qeyd edək ki, Elias ötən mövsüm "Xəzər Lənkəran"da çıxış edirdi.

Xəbər xətti