İlk yoxlama oyununda yığma komandamız məğlub oldu
Belarusda təlim-məşq toplanışında olan futzal üzrə Azərbaycan milli komandası yoxlama oyunu keçirib.
Sportal.az xəbər verir ki, millimiz Belarus yığması ilə qarşılaşıb.
Qarşılaşma 2:1 hesabı ilə belaruslu futzalçıların xeyrinə başa çatıb. Azərbaycan millisinin qolunu Fineo De Araujo vurub.
Bu gün Bakı vaxtı ilə saat 20:00-da bu komandalar arasında daha bir yoxlama oyunu keçiriləcək.
saytlarin hazirlanmasi