Lorente İngiltərə yolunda
İngiltərənin "Tottenhem" klubu heyətinə yeni hücumçu cəlb etmək niyyətindədir.
Sportal.az Britaniya mətbuatına istinadən xəbər verir ki, komanda "Yuventus"un futbolçusu Fernando Lorenteni transfer etmək istəyir. İngiltərə təmsilçisi hücumçuya görə 20 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, Lorente "Liverpul", "Arsenal" və "Atletiko" (Madrid) kimi klubların maraq dairəsindədir.
saytlarin hazirlanmasi