Yaya Ture mövsüm sonunda komandadan ayrılacaqmı?

18:10 - 20 Fevral 2015

İspan qəzetlərindən Toure iddiası!

 

"Mançester Siti"nin Fil dişi Sahilli ulduzu Yaya Ture, mövsüm sonunda komandadan ayrılacaqmı? İspan mətbuatına görə bu saualın cavabı: "Bəli".

 

Sportal.az xəbər verir ki, "Sport" və "El Mundo Deportivo" qəzetləri, Yaya Tourenin klub rəhbərliyindən gələn kontrakt uzatma təklifini rədd etdiyini irəli sürüb. Mətbuatda yayılan məlumata görə, ulduz oyunçu gələcək mövsüm "İnter" forması geymək planlarını cızır.

 

"İnter"in baş məşqiçisi Roberto Mançini, rəhbərliyə köhnə oyunçusunu transfer etmək üçün hər yoldan istifadə etməyə çağırıb. Ancaq "İnter" İdman Direktoru Piero Ausiliyo, Yaya Ture transferi üçün; "Demək olar ki, bu qeyri-mümkündür" şərhini vermişdi.

 

Qeyd edək ki, Turenin "Mançester Siti" ilə hələ də 2.5 illik müqaviləsi var.

Xəbər xətti