Müdafiəçi üçün 50 milyon avro
"Portu"nun braziliyalı müdafiəçisi Danilo karyerasını İspaniyada davam etdirə bilər.
Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, "Real" Alvaro Arbeloanın əvəzləyicisi kimi Danilo üçün 50 milyon avrosundan da keçməyə hazırdır. 23 yaşlı futbolçunun agenti "kral" klubu ilə danışıqlara başlayıb və transferin 2016-cı ildə reallaşacağı gözlənilir.
Qeyd edək ki, Danilo bu mövsüm çıxdığı 20 matçda 3 qol və 1 asistlə yadda qalıb.
saytlarin hazirlanmasi