"Xəzər Lənkəran"ın baş məşqçisi: "Skarlatakenin komandaya qoşulması ilə bu problem aradan qalxacaq"

00:06 - 23 Fevral 2015

"Bu həftədən onun komandaya qoşulacağı gözlənilir"
 
Xəbər verdiyimiz kimi, "Xəzər Lənkəran"ın təcrübəli müdafiəçisi Adrian Skarlatake zədədən əziyyət çəkdiyi üçün Bakıda müalicə alırdı.
 
Komandanın baş məşqçisi Elbrus Məmmədov Sportal.az-a açıqlamasında müdafiəçinin kollektivə qoşulacağı vaxtı açıqladı:
 
"Müdafiəçimizin ötən həftə Bakıda müalicəsi qutarmalı idi. Bu həftədən onun komandaya qoşulacağı gözlənilir. İnanıram ki, Skarlatake qarşıdakı oyunlara tam hazır olacaq".
 
Məmmədov Skarlatakenin komandaya qoşulacağı təqdirdə müdafiədə problemlərin düzələcəyini də vurğulayıb:
 
"Hər komandaya təcrübəli futbolçular lazımdır. “Xəzər Lənkəran”da təcrübəsizlik əsasən müdafiə xəttində özünü göstərir. Adrian Skarlatakenin komandaya qoşulması ilə bu problem az da olsa, aradan qalxacaq. Hücum xəttimizdə də bəzi çatışmazlıqlar var".

Xəbər xətti