Komandada istirahət başa çatdı
Milli komandamızın Antalyada təlim-məşq toplanışı ilə əlaqədar olaraq Premyer Liqada yaranan fasilə zamanı iki günlük istirahətə buraxılan "Xəzər Lənkəran" artıq istirahətini başa vurub.
Sportal.az xəbər verir ki, komanda bu gün günorta saatlarında Lənkəranda toplaşaraq növbəti turun hazırlıqlarına start verəcək. Qeyd edək ki, "Xəzər Lənkəran" Premyer Liqanın 24-cü turunda "Bakı"nı qəbul edəcək.
saytlarin hazirlanmasi