"Xəzər Lənkəran"ın zədəllilərindən şad xəbər

11:54 - 23 Fevral 2015

Komanda bugün bir araya gəlir
 
Azərbaycan Premyer Liqasının 23-cü turundan sonra iki günlük istirahətə buraxılan “Xəzər Lənkəran” bu gün toplanır.
 
Sportal.az xəbər verir ki, komanda Lənkəranda bir araya gələrək bu gündən növbəti turun “Bakı” ilə qarşılaşmasının hazırlığına başlayacaq.
 
Zədəli futbolçulardan Rasim Ramaldanov və Tural Cəlilovun müalicəsi davam edir və hər iki futbolçunun  matç gününə qədər hazır duruma gələcəyi ehtimal olunur.
 
Komanda 27 fevralda oyun öncəsi son məşqini əsas meydançada tamamlayıb matç saatını gözləyəcək.

Xəbər xətti