"Xəzər Lənkəran"ın məşqi qapalı məkanda FOTOLAR

21:50 - 23 Fevral 2015

"Bakı" ilə oyunun hazırlıqları

 

Qarlı-küləkli günlərdə istirahət edən “Xəzər Lənkəran” fevralın 23-də doğma şəhərdə toplanaraq məşqlərə başlayıb.

 

Sportal.az xəbər verir ki, komanda fevralın 23-də günün birinci yarısında Lənkəranda bir araya gəlib. Saat 16:30-da isə komanda “Bakı” ilə oyunun hazırlıqlarına start verib.

 

Qeyd edək ki, “Fırtınalar meydanı”nın həm əsas həm də ehtiyat meydançaları qarla örtüldüyündən hazırlıq prossesinin Lənkəran şəhəri İnşaatçılar qəsəbəsində (RAYPO-nun yanı) yerləşən idman kompleksinin  süni örtüklü qapalı meydançasında keçirilməsi məqsədəuyğun sayılıb.

 

 

12cioyuncu.info

Xəbər xətti