Tərlan Əhmədov Portuqaliyaya gedir

00:16 - 25 Fevral 2015

Baş məşqçi martın 3-ü qayıdır
 
AZAL komandasının baş məqçisi Tərlan Əhmədov Portuqaliyaya yola düşəcək.
 
Bu barədə Sportal.az-a baş məşqçinin özü məlumat verib. Mütəxəssis sabah səhər saatlarında adı çəkilən ölkəyə gedəcək. O məşqçilər üçün nəzərdə tutulan PRO kateqoriyası üçün Portuqaliya çempionatında hal-hazırda 7-ci pillədə qərarlaşan "Pakuş Fereyra" komandasında kursda olacaq. Əhmədov martın 3-də ölkəyə qayıdacaq.

Xəbər xətti