Sami Xedira "Şalke"nin gündəmində
Almaniyanın "Şalke" klubu heyətini gücləndirmək niyyətindədir.
Sportal.az xəbər verir ki, komanda Madrid "Real"ının yarımmüdafiəçisi Sami Xediranı transfer etmək istəyir.
Son vaxtlar "kral klubu"nda nadir hallarda meydana çıxan futbolçunun da "Şalke"yə keçməyin əleyhinə olmadığı deyilir.
Almaniya millisinin üzvü bu mövsüm "Real"ın heyətində cəmi üç oyunda start heyətində meydana daxil olub.
Qeyd edək ki, Kxedira "Real"a 2010-cu ildə "Ştutqart"dan transfer olunub.
saytlarin hazirlanmasi