Prosineçki: "İnanıram ki, onlar yenidən çempion olacaqlar"

00:39 - 26 Fevral 2015

"Biliç güclü məşqçi və yaxşı insandı"
 
"Bir çox klubdan təklif almağıma baxmayaraq, Azərbaycan millisində  işləməyi seçdim. Azərbaycanda çox bacarıqlı, gənc futbolçular var.  Qarşıda "Avro-2016"nın seçmə mərhələsində Malta ilə səfərdə oyunumuz var. Bu matça çox yaxşı hazırlaşıb qalib gəlmək istəyirik".
 
Sportal.az xəbər verir ki. bu sözləri Antalyada təlim-məşq toplanışında olan millimizin baş məşqçisi Robert Prosineçki Türkiyənin "Doğan" xəbər agentliyinə deyib. O, bir zamanlar Xorvatiya millisində birgə oynadığı və hazırda "Beşiktaş"ı çalışdıran Slaven Biliçlə çox yaxşı dostluq münasibətlərinin olduğunu bildirib:
 
"Onunla tez-tez görüşürük. Biliçin çalışdırdığı "Beşiktaş" hazırda yaxşı formadadır. Onun komandası çempionluq uğrunda  mübarizə aparır. Biliç güclü məşqçi və yaxşı insandır"
 
R.Prosineçki Türkiyə millisi haqda da danışıb. Bildirib ki, milli komandanı Fatih Terim kimi təcrübəli məşqçi çalışdırır:
"Türkiyə millisinin Terimlə birgə uğurlar qazanacağına inanıram".
 
Millimizin baş məşqçisi sabiq klubu "Kayserispor"un Türkiyə birinci liqasında çıxışını da dəyərləndirib:
"Kayserispor"da  yaxşı günlərim olub. Oradakı ilk ilimdə uğurlar qazandım. İnanıram ki, onlar yenidən çempion olacaqlar və əsas liqada oynamaq hüququ qazanacaqlar".

Xəbər xətti