XXIV tura hazırlıq
Premyer Liqanın XXIV turu çərçivəsində sabah “Bakı” klubunu qəbul edəcək “Xəzər Lənkəran” bu gün oyunöncəsi son məşqini keçirəcək.
Sportal.az xəbər verir ki, “zolaqlılar ”la “Fırtınalar meydanı”nda sabah, fevralın 28-də saat 17:00-da start götürəcək matç öncəsi son hazırlıq prossesi, oyunun keçiriləcəyi arenada baş tutacaq. Bu gün saat 16:00-da 45-dəqiqə ərzində “Xəzər Lənkəran”, ardıyca isə saat 17:00-dan saat 18:00-a qədər paytaxt təmsilçisi məşq edəcək.
Qeyd edək ki, əvəzedici heyətlər bu gün stadionun ehtiyat meydançasında üz-üzə gələcəklər. Gənclər “Bakı” klubunun əvəzedicilərini saat 14:00-da qəbul edəcəklər.
Mənbə: 12cioyuncu.info
saytlarin hazirlanmasi