"Xəzər Lənkəran" istirahət etmədən...

13:08 - 1 Mart 2015

Kubok matçına hazırlıq

 

Ötən gün doğma arenada “Bakı” üzərində 2:1 hesabı ilə qələbə qazanan “Xəzər Lənkəran” istirahət etmədən hazırlıqlarını davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, bu gün oyunsonrası bərpa məşqinə çıxan komanda hazırlıq prossesinin ardından bir neçə saatlıq sərbəst buraxılıb. Növbəti məşq isə martın 2-də paytaxtda keçiriləcək.

 

Qeyd edək ki, “Xəzər Lənkəran” Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyun çərçivəsində martın 4-də səfərdə “İnter”lə üz-üzə gələcək. Cavab qarşılaşması martın 13-də “Fırtınalar meydanı”nda baş tutacaq. (12cioyuncu.info)

Xəbər xətti