Sportal.az xəbər verir ki, "Xəzər adaları"nın baş məşqçisi Elnur Qəmbərov komandasına düşmən münasibəti göstərildiyini deyib:
"İlk olaraq jurnalistlərə oyuna göstərdikləri marağa görə təşəkkür edirəm. İlk dəfədi ki, oyunlarımızda belə çox sayda jurnalist görürəm. Deməli adımızıdan söz etdirmişik ki, onlar da oyunlarımıza maraq göstərirlər. Bu gün arenada gözəl atmosfer var idi. Komandamı qələbə münasibətilə təbrik edirəm. Üzərimizdə böyük təzyiq var. Bilmirəm niyə belədi? Oyunçularımızı oğurlamağa çalışırlar. Mənim adımdan müxtəlif insanlar barədə böhtan dolu sözlər deyirlər. Bu kişiliyə yaraşan hərəkət deyil. Pis-yaxşı, Azərbaycan futzalı üçün nələrsə etmək niyyətindəyik. Görürəm ki, qarşımıza baryerlər qoyurlar. Klub prezidentini də bu haqda məlumatlandırmışam. Bizə düşmən münasibəti göstərirlər. Hakimlik barədə danışmaq isə mənə yaraşmaz".
Komandanın kapitanı Əjdər Mirzəliyev klubun oyunçularına göz dikənlərin hərəkətini pisləyib:
"Xəzər adalar"ı bir yumruqdu. Bu yumruğu açmağa çalışırlar. Bu düzgün hərəkət deyil. Biz Azərbaycan klubuyuq. Oyunumuzu göstərib yolumuza davam edəcəyik. Qarşıda hələ çoxlu oyunlar var, gəlib oyunlarımıza baxıb, qiyməti verəcəksiz. Sadəcə bizə qarşı belə hərəkət edənləri anlamıram".
"Fənər"in baş məşqçisi Predroq Rayiç oyunun maraqlı keçdiyini deyib:
"Maraqlı oyun oldu. Təəssüf ki, öz imkanlarımızı dəyərlənləndirə bilmədik. Bərabər səviyyəli oyun oldu. Hakimlik haqda danışmaq istəmirəm. "Xəzər adaları" ilə hələ bir oyunumuz var. Çalışıb səhvlərimizi düzəldəcəyik. Rəqibi təbrik edirəm".