"Xəzər Lənkəran" Bakıya nə vaxt gəlir?

14:03 - 16 Mart 2015

26-cı tur üçün...

 

Azərbaycan kubokunda mübarizəni dayandıran “Xəzər Lənkəran” ara vermədən məşqlərini davam etdirir. 

Sportal.az klubun saytına istinadən yaydığı xəbər verir ki, Lənkərandakı bazasında gündə bir dəfə olmaqla hazırlıq keçən komanda bu gün məşqini tamamlayıb  sabah Bakıya yola düşəcək.

Hazırda təkcə qapıçı Vyakeslav Tomiç  zədədən əziyyət çəkir ki, qolkiperin müaliçəsi paytaxtda aparılır. Onun növbəti matçda komandaya kömək etmə ehtimalı həkimlər tərəfindən yüksək qiymətləndirilir.

Premyer Liqanın XXVI turu çərçivəsində səfərdə AZAL-ın qonağı olacaq “Xəzər Lənkəran” oyunöncəsi son məşqini də Şüvəlanda, qarşılaşmanın baş tutacağı  “AZAL Arena”da keçirəcək.

Xəbər xətti