Komanda xal fərqini artırdı
Dünən qadın voleybolçular arasından Azərbaycan Super Liqasında növbəti oyun keçirilib.
Sportal.az xəbər verir ki, XVII turun təxirə salınan matçında “Rabitə” “Telekom”u sınağa çəkib.
"Rabitə" rəqibini asanlıqla məğlub edib – 3:0. Bu qələbə ilə lider izləyiciləri ilə xal fərqini daha da artırıb.
Qeyd edək ki, “Rabitə” üçün CEV kubokunun yarımfinalı çərçivəsində Krasnodar “Dinamo”su ilə martın 24-də qarşılaşacaq.
XVII turun təxirə salınan oyunu
20 mart
“Rabitə” – “Telekom” – 3:0 (25:13, 25:18, 25:12)
“Gənclik” Olimpiya İdman Kompleksi
saytlarin hazirlanmasi