Hollandiya yığması Türkiyə və İspaniyaya qarşı bu futbolçularla mübarizə aparacaq

01:00 - 21 Mart 2015

Hiddink 24 futbolçuya dəvət göndərdi
 
Hollandiya millisinin "Avro-2016"nın seçmə mərhələsində  Türkiyə  və İspaniya ilə oyunları üçün heyəti açıqlanıb.
 
Sportal.az xəbər verir ki, komandanın baş məşqçisi Quus Hiddink milliyə 24 futbolçu dəvət edib. Yığmanın aparıcı hücumçusu Robin van Persi zədəli olduğu üçün milliyə çağırılmayıb
 
Qapıçılar: Jasper Sillessen (“Ayaks”), Tim Krul (“Nyukasl”), Kennez Vermeer (“Feyenoord”)
 
Müdafiəçilər: Van der Viel (PSJ), Daril Janmaat (“Nyukasl”), Stefan de Vrij (“Latsio”), Joel Veltman (“Ayaks”), Bruno Martins İndi (“Portu”), Ceffrey Bruma, Cetro Villems (hər ikisi  PSV)
 
Yarımmüdafiəçilər: Georginio Vijnaldum (PSV), Jordi Klasie (“Feyenoord), Daley Blind (“Maçester Yunayted”), Nigel de Yong (“Milan”), İbrahim Afellay (“Olimpiakos”), Uesli Sneyder (“Qalatasaray”), Conatan De Quzman (“Napoli”), Davi Klaassen (“Ayaks”)
 
Hücumçular: Aryen Robben (“Bavariya”), Memfis Depay, Lusiano Narsing, Lyuk de Yong (hamısı PSV), Bas Dost (“Volfsburq”), Klaas-Yan Huntelar (“Şalke”)

Xəbər xətti