Yığma komandamız 2 yoxlama oyunu keçirib
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azərbaycan milli komandası iki yoldaşlıq oyunu keçirib.
Sportal.az xəbər verir ki, Yaponiya yığmasına 1:3 hesabı ilə məğlub olan millimiz, Özbəkistan komandasına 3:2 hesabı ilə qalib gəlib.
İlk matçda futbolçularımızdan Zeynal Zeynalov fərqlənib. Özbəkistan millisinin qapısından isə topları Elvin Quliyev, Sabir Allahquliyev və Renat Sultanov keçirib.
saytlarin hazirlanmasi