Bakıda idman zalında yanğın olub

16:38 - 22 Mart 2015

120 kv.m olan zalda...

 

Bakının Yasamal rayonunda ümumi sahəsi 120 kv.m olan birmərtəbəli idman zalının zirzəmisində olan qazanxanada 30 ədəd elektrik qoruyucusu və elektrik naqilləri yanıb.

 

Sportal.az FHN-in saytına istinadən xəbər verir ki, qazanxananın qalan hissəsi və idman zalı yanğından mühafizə olunub, yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb

Xəbər xətti