Millimizin iki oyunu eyni hakimə tapşırıldı

00:45 - 24 Mart 2015

Təyinatlar bəlli oldu
 
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının AÇ-2015-in elit mərhələsi çərçivəsində keçirəcəyi oyunlara hakim təyinatları açıqlanıb.
 
Sportal.az xəbər verir ki, millimiz ilk oyununu martın 26-da Fransaya qarşı keçirəcək.
 
Həmin görüşü Monteneqrodan olan Nikola Dabanoviç idarə edəcək. Martın 28-də keçiriləcək İngiltərə, ayın 31-də baş tutacaq Danimarka ilə oyunlarımız isə isveçrəli Adrien Jakotteyə tapşırılıb.

Xəbər xətti